Ermənistan parlamentinin müxalif “Ermənistan” partiyasının bir qrup deputatı Qarabağa qanunsuz səfər edib.
AzerTimes Unikal-a istinadən xəbər verir ki, dünən də “Mənim namusum var” fraksiyasının deputatı Tiqran Abramyan da Xankəndinə gedib.
“Bizə məlumat verdilər ki, bu gün səhər 5-6 deputat Artsaxa (Xandəndi – red.) yola düşüb və artıq sərhədi keçiblər. Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, hələ çatmayıblar, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, Ağavnoya (Zabux kəndi – red.) yaxınlaşırlar”, – məlumatda qeyd olunub.