Ermənistan parlamentinin nümayəndə heyəti Moskvaya səfərə yola düşəcək. Orada KTMT ölkələrinin parlamentlərinin xarici əlaqələr, müdafiə və təhlükəsizlik komissiyalarının iclasında iştirak edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
“Yanvarın 31-dən fevralın 1-dək parlament sədrinin müavini Akop Arşakyan, Müdafiə və milli təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan, Ermənistan parlamentinin deputatı Eduard Ağacanyan və xarici əlaqələr departamentinin baş mütəxəssisi Sofya Mnatsakanyan Moskvaya göndəriləcək”, – məlumatda deyilir.