Ermənistan parlamentinin sədri Alen Simonyan parlament nümayəndə heyətinin İstanbula getməsi ilə bağlı fərman imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, iyunun 19-dan 22-dək hakim Mülki Müqavilə Partiyasının deputatları Hasmik Akopyan və Tsovinar Vardanyan parlamentlərarası ittifaqın miqrasiya məsələləri üzrə konfransında iştirak etmək üçün İstanbula ezam olunublar.