Azərbaycan hüquqi qüvvəyə malik başqa bir xəritə təklif etsin.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan deputatı Gevorq Papoyan deyib.
“Eradan əvvəl II əsrin xəritəsi, 1828-ci il Türkmənçay müqaviləsindən sonrakı xəritə gətirilə bilərlər, amma bunlar ciddi deyil. Biz elə xəritə təqdim etməliyik ki, orada Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ daxilində müəyyən sərhədlər var idi”, – Papoyan bildirib.
Xatırladaq ki, 1920-ci ilin 11 yanvarında Birinci Dünya müharibəsinin yekunları ilə bağlı keçirilən Versal konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyəti ABŞ, Böyük Britaniya, Fransa da daxil olmaqla, 20-yə yaxın dünya dövlətləri tərəfindən tanınıb. Elə həmin gün Versal konfransının bu qərarı Ermənistana da şamil edildi. Əgər Gevorq Papoyan məhz müstəqil dövlətlərin mövcud olduğu xəritənin ortaya qoyulmasını istəyirsə, o zaman 1920-ci il 11 yanvarında, müstəqilliyin tanınması zamanı olan xəritələrlə sərhəd müəyyənləşə bilər.
Sözügedən xəritəni təqdim edirik: