Erməni deputat Türkiyədə QDİƏT sədrinin müavini seçildi

Erməni deputat Türkiyədə QDİƏT sədrinin müavini seçildi

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı, İqtisadi məsələlər üzrə komissiyanın sədr müavini Babken Tunyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədr müavini seçilib.

AzerTimes xəbər verir ki, bu barədə deputat sosial şəbəkədə məlumat yayıb.

“QDİƏT Baş Assambleyasının 61-ci plenar sessiyasında mən təşkilatın sədr müavini seçildim”, – Tunyan bildirib.

Qeyd edək ki, Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş QDİƏT parlamentləri sədrlərinin sammiti keçirilir.

Teqlər: