Erməni cinayətləri göstərir ki, onlar tarix boyu qeyri-insani əməllərlə yadda qalıb – Deputat

Erməni cinayətləri göstərir ki, onlar tarix boyu qeyri-insani
əməllərlə yadda qalıb. 1918-ci il mart-iyul aylarında boşeviklərin
köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımı tarixdə
insanlığa sığmayan cinayət kimi iz qoyub. Hadisələri diqqətlə
analiz etdikdə görünür ki, ermənilər heç vaxt öz gücü ilə
döyüşməyib.

Hər zaman daha güclü qüvvələrə arxalanmış və onlarla əlbir
olaraq çirkin əməllərini yerinə yetirmişlər. Yalnız 44 günlük Vətən
Müharibəsində onların hər zaman öyrəşdiyi kimi “güvəndiyi dağlar”ı
köməyə yetmədi. Bu da Azərbaycan dövlətinin uğurlu hərbi və
diplomatik siyasətinin nəticəsi idi. Müzəffər Ali Baş Komandanın
qətiyyətli iradəsinin nəticəsində ermənilərə kömək etmək istəyən,
onların haqlı olmayan mövqeyini müdafiə etmək istəyən qüvvələr də
susduruldu. Bizim bütün qüvvələrə dərs keçən dövlət başçımız var.
Ermənistan rəhbərliyi isə yenə də tarix boyu iyrənc əməllərin
icraçısı olan millətin varisi olduğunu sübut edərək dinc əhalini
hədəfə aldı. Bunun özü bu millətin xislətinin göstəricisidir.
Azərbaycan xalqı isə döyüş meydanında qisas alan mübariz xalqdır.
Əgər Azərbaycan xalqı və Azərbaycan dövləti beynəlxalq hüququ,
humanizm prinsiplərini nəzərə almasaydı ermənilərin itkisinin həcmi
xalqımıza qarşı törədilmiş sıyqırımı ilə müqayisədə dəfələrlə çox
olardı.

Vətən müharibəsi ərəfəsində erməni ordusunda yaşanan xaosu
nəzərdən keçirəndə Azərbaycan əsgərinin gücündən necə qorxduqlarını
aydın şəkildə görünür. Erməni heç vaxt döyüş meydanında hünər
göstərməyib. Onlar yalnız insanlığa qarşı yönələn cinayətlərin
mahir iştirakçısıdır. Bu da onların cinayətkar olduğunu deməyə əsas
verir.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında”
Fərmanı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və
xalqımızın hər bir nümayəndəsinin bu işdə iştirakını təmin etmək
baxımından olduqca əhəmiyyətli idi. 26 mart 1996-cı il tarixli 690
saylı Fərmanda “Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi
Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə
bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir” – deyə
qeyd edilməsi ilə Ulu Öndərin sözügedən soyqırımı ilə bağlı
qətiyyətli mövqeyi əks olunurdu. Bu Fərmanla martın 31-i
“Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bundan sonra
Azərbaycan dövləti bəşər tarixində iz qoyan bu cinayətin
araşdırılması və dünya ictimaiyyətinin məlumatlandırılması
baxımından yeni mərhələnin icrasına başladı.

Ulu Öndərin siyasi kursunu uğurla davam edən Prezident İlham
Əliyev də soyqırımı ilə bağlı məsələni daim diqqətdə saxlayır və
bütün zəruri işlər icra olunur. Dövlətin bu istiqamətdə fəaliyyəti
hər baxımdan əhəmiyyətlidir.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin
İsmayılov

Teqlər: