Erməni cəmiyyəti anlayır ki, ölkənin gələcəyi Azərbaycanla sülhdən keçir – Aydın Quliyev

Xəbər - Samir Əli – Trend:

Ermənistanda son parlament seçkiləri nəticələrinə görə bu ölkənin tarixində ən spesifik xüsusiyyətlər daşıyan siyasi hadisə kimi qəbul oluna bilər.

Bunu AzerTimes-a açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistanda bəlkə də ilk seçki idi ki, ölkəxarici regional və qlobal proseslər ona bu dərəcədə təsir göstərdi: “Bu ölkədə hələ heç vaxt indiki seçkidə olduğu kimi Rusiya yönümlü və qərbyönümlü qüvvələr açıq şəkildə üz-üzə gəlməmişdilər. 20 iyun parlament seçkiləri Ermənistan cəmiyyətinin kifayət qədər dərin siyasi-geosiyasi parçalanma içində olduğunu göstərdi. Bütün dünya şahidi oldu ki, Ermənistan cəmiyyəti geosiyasi seçim məsələsində hələ tam müəyyən olunmayıb və bu ölkə hələ üzün illər müxtəlif geosiyasi oriyentasiyalı elektoratların kəskin çarpışmalarının içində olacaq”.
Baş redaktor deyib ki, Ermənistanın tarixində bu seçkinin nəticələrinin əsas xüsusiyyətlərindən biri qonşu Azərbaycan dövlətinin özünün iqtisadi, siyasi güc faktorları ilə bu prosesə həlledici təsir göstərə bilməsindədir: “Məlumdur ki, Azərbaycanın siyasəti və Prezident İlham Əliyevin müəyyən bəyanatları zaman-zaman Ermənistanın daxili proseslərinə əhəmiyyətli dərəcədə təsir edib. Xüsusilə 2018-ci ildə Sarkisyanın siyasi səhnəni rüsvayçı məğlubiyyətlə tərk etməsində Prezident İlham Əliyevin Ermənistan cəmiyyətinin rəyini formalaşdırmaq gücündə olan bəyanat və təhlilləri həlledici rol oynadı. Məhz bu təsir faktorunun nəticəsi idi ki, erməni cəmiyyəti Sarkisyanın saxta seçkisinin nəticələrini qəbul etmədi və onu yeni hakimiyyət postuna sahiblənməyə imkan vermədi. Prezident İlham Əliyevin “Ermənistan xunta-faşist rejimidir” “ölkə Sarkisyanın klan-mafiya diktaturasının girovudur” və sair kimi bəyanatları 2018-ci ildəki seçkisonrası priseslərin taleyini həll edən və Sarkisyanın devrilməsini şərtləndirən əsas faktorlardan oldu. Ermənistanda 20 iyun seçkilərinin bu kontekstdə maraqlı və fərqli cəhəti odur ki, Azərbaycan faktoru bu dəfə artıq seçki gününə qədər öz işini qördu. Bu seçki gününə qədır Ermənistan cəmiyyətində əksəriyyətə məlum idi ki, Azərbaycanla kapitulyasiya aktı imzalasa da, Paşinyan seçkidə ən yüksək qələbə şanslarına malikdir. Ermənistanda çoxları əmin idi ki, Azərbaycanla ən realist və ən praqmatik siyasəti məhz Paşinyan aparır.20 iyun seçki prosesləri Erməni cəmiyyətini elə bir siyasi şüur müstəvisinə gətirdi ki, Azərbaycanla yeni müharibə cağırışlarının ölkəni real fəlakətə apardığını əksəriyyət dərk etdi. Artıq seçkiyə qədər Etmənistan cəmiyyəti əksərən əmin olmuşdu ki, Erməni dövlətinin normal inkişaf yolu yalnız Azırbaycanla sülh prosesindən keçir. Əslində erməni cəmiyyəti Paşinyandan çox “Ermənistan Azərbaycanla necə yola getməlidir?” sualının cavabına səs verdi. Erməni cəmiyyəti müharibədə məğlub Paşinyana səs versə də əslində erməni dövlətçiliyinin xilas və dirçəliş yoluna səs verdi. 20 iyun seçkisi göstərdi ki, Ermənistanın əsas ictimai-siyasi kəsimi Vətən müharibəsindən sonrakı reallıqları qəbul etdi. 20 iyun seçkiləri həm də erməni cəmiyyəti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və torpaqlar üzərində süverenliyinin tanınması referendumudur. Ermənistanda seçkilər 10 noyabr dövlətlərarası razılaşmanın erməni cəmiyyəti tərəfindən legitim tanınma və təsdiq aktıdır. Paşinyanın üstün elektoral dəstək alması bütün revanşist və qarabağlı klan-mafiya strukturlarının süqut prosesisidir”.

Ekspert bildirib ki, əslində Paşinyan bu seçkidə qarabağlı erməni mafiyasının Ermənistan daxilindəki siyasi hegemonluğuna son qoydu: “Bütün Ermənistan dövləti və erməni xalqı üçün əhəmiyyətli olan bu nəticənin əldə olunmasında Azərbaycanın müxtəlif qanuni təsir mexanizmləri əsas rollardan birini oynadı.

Revanşistlərdən və müharibə canilərinin 32 illik siyasətindən cana doymuş erməni cəmiyyəti bu seçkidə Paşinyanın şəxsində bütün Qərbin Rusiya üzərində qələbəsini də şərtləndirdi.

Seçkidən öncə rusiyayönümlü maliyyə, siyasi, elektoral və kriminal resurslar Köçəryanın çevrəsində səfərbər edilsə də, Qərbin himayə eydiyi Paşinyan daha güclü çıxdı. 20 iyun seçkisinin nəticələrini tək Ermənistandaxili və Qərbyönümlü qüvvələr yox, həm də Azərbaycanın son 18 ildə apardığı kurs müəyyən etdi.Bu kursun içində Azərbaycanın iqtisadi, siyasi , hərbi və diplomatik həmlələri kompleks güc faktoru kimi çıxış etdi.
Erməni cəmiyyəti nümayiş etdirdi ki, Azərbaycanı regional dinc tərəfdaş kimi tanımağa alternativ görmür.

Ermənistanda seçkinin ən maraqlı cəhətlərindən biri də Qərb və MDB seçki müşahidəçilərinin fərqli yanaşmalarında özünü göstərdi. MDB müşahidəçiləri azad və ədalətli seçki platforması ilə bir araya sığmayan çoxsaylı pozuntular fiksə etdiyi halda, Qərb müşahidəçiləri Paşinyanın mənafelərinə uyğun olan pozuntular barədə susmağı və ya yumşaq tənqidi üstün tutdu. Bu isə o deməkdir ki, müəyyən Qərb dairələri də postqarabağ reallıqları ilə hesablaşdıqlarını erməni cəmiyyətinin dili ilə dedilər”.

Teqlər: