Buraya yeni lövhə qoyublar. Lövhədə Bakıya 458 km, Gəncəyə 98 km məsafənin olduğu yazılıb. Əvvəl bu lövhə yox idi.
AzerTimes xəbər verir ki, bu sözləri erməni bloger Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində apardığı çəkiliş zamanı deyib.
“İndi erməni kəndi Hayqeovitin (Uzuntala – Ermənistanın Tavuş vilayətinin kəndidir – red.) yanındakı Azərbaycanla sərhədə girişin 500 metrliyindəyik. Ancaq məsələ orasındadır ki, xəritədə buranın Azərbaycanın anklavı olduğu göstərilir”, – bloger bildirib.