Erməni Baş Qərargah rəisi Hindistana getdi

Erməni Baş Qərargah rəisi Hindistana getdi

Ermənistan Baş Qərargah rəisi, general-mayor Edvard Asryannın rəhbərlik etdiyi nümayəndə heyəti Hindistanda rəsmi səfərdə olub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənitan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Asryan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, general Anil Çauxanla görüşüb.

Tərəflər ikitərəfli münasibətlər və regional təhlükəsizliklə bağlı bir sıra məsələləri, o cümlədən İrəvan və Yeni Dehli arasında müdafiə sektorunda tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Teqlər: