Erməni aparıcı casus ittihamı ilə Xankəndidə həbs olundu

Erməni aparıcı casus ittihamı ilə Xankəndidə həbs olundu

Azərbaycanın Xankəndi şəhərindəki separatçı rejimdə Seyran Karapetyan adlı aparıcı həbs edilib.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu məlumatı VETO təşkilatının rəhbəri Narek Malyan yayıb.

Karapetyanın çalışdığı İctimai Radio onun işdən ayrıldığını açıqlayıb.

Ermənistan mətbuatı isə Karapetyanın “dövlətə xəyanət” maddəsi ilə ittiham edilərək həbs edildiyini yazıb.

Qeyd edək ki, Karapetyan qondarma rejimin “ictimai radiosu”nun rus bölməsinin rəhbəri kimi çalışıb. Sözügedən radio daim Azərbaycana qarşı təxribat məzmunlu məlumatlar yayıb.

Teqlər: