Erməni alim xalqına səsləndi: Tariximiz saxtadır!

Erməni alim xalqına səsləndi: Tariximiz saxtadır!

Mənim videolarımı bloklamaq üçün bütün resurslarınızı istifadə edirsiz. Düzünü, həqiqəti faktlarla sizə göstərdiyim üçün, sizin illərdir beyninizə yeridilmiş mifləri dağıtdığım üçün mənə qarşı hücumlar edirsiz. Boynunuzdakı xaltanı çıxarmağa qorxurxuz.

AzerTimes xəbər verir ki, bu fikirləri tanınmış erməni alim-tədqiqatçı Filip Ekozyans erməni xalqına müraciətində səsləndirib.

“Mənim erməni xalqım, ayılın. Sizə həmişə, tarix boyu deyiblər ki, guya qonşularınız sizin düşmənlərinizdir, guya onların torpaqları da sizindir, guya sizi həmişə əzmək, qovmaq istəyiblər. Sizin əcdadlarınız bu düşüncə ilə yaşayıb, siz də bu fikirlərlə yaşamağa davam edirsiz.

Mənim kanalımdan məhz “ermənilərin qovulması” çarxı silindi. Bir qrup erməni bunun üçün çox çalışıbmış. Mənim videolaramı pozdurmaqla, bloklamaqla nəyə nail olacaqsız? Mən deyə bilərəm – sizin uşaqlara yenə də axmaqlar dərs deyəcək, dırnaqarası tarixçiləriniz isə saxta, feyk kitablar yazacaq.

Siz artıq anlamalısız ki, sizin dövlətçiliyiniz saxtalıq üzərində qurulub. Sizin kökünüzdə yalan durub. Siz bunu anlasanız, hazırda qəhrəman kimi gördüyünüz ideallarınızdan zəhləniz gedər”, – deyə o qeyd edib.

Teqlər: