Erməni aktivist Bakıya gəlmək istəyir

Erməni aktivist Bakıya gəlmək istəyir

Erməni aktivist Tatul Asilyan Bakıya gəlmək istədiyini bildirib.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, o bununla bağlı Feysbukda paylaşım edib.

Asilyan tərəflər arasında tezliklə sülhün bərpa olunacağını bildirib:

“Bakını görməyi çox arzulayıram. Yollar tezliklə açılacaq və mən gedəcəm. Sülh yaxındır”.

Asilyanın bu paylaşımı Ermənistanda xüsusən revanşizm tərəfdarlarından narazılıq yaradıb.

Qeyd edək ki, Asilyan Paşinyanın açıq tərəfdarlarından sayılır. O bu il Paşinyanın partiyasından çıxarılıb. Buna səbəb Asilyanın Qarabağ erməniləri ilə bağlı etdiyi çıxış olub. Asilyan Ermənistanda etiraz edən Qarabağ ermənilərini ölkədən deportasiya etməyə çağırmışdı.

Teqlər: