Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və Gürcüstana gedən M-6 dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Yol Departamentinin mətbuat xidməti məlumat yayıb.
Sosial şəbəkə istifadəçiləri ərazidə yaşayan insanların təxliyəyə ehtiyacı olduğunu bildirib.
Sanain dəmir yol vağzalında evlər su altında qalıb. Alaverdidə də bəzi mağaza və dükanları su basıb.
Ermənistanın Yol Departamenti Gürcüstan istiqamətində hərəkət edən sürücülərə dövlətlərarası magistralın bu hissələrini izləməyi tövsiyə edir: Marqara-Vanadzor-Taşir–Ermənistan sərhədi və İrəvan-Gümrü–Ermənistan sərhədi.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, daşqınlar zamanı ən az bir nəfər ölüb.