Erməni KTMT baş katibi oldu

Erməni KTMT baş katibi oldu

Ermənistan təmsilçisi Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi təyin edildi.

Bu qərar KTMT dövlət başçılarının Bişkek şəhərində keçirilmiş qeyri-rəsmi görüşündə bildirilib.

Putin dövlət başçılarını Azərbaycanın ziyanına qərar verməyə məcbur edib.

“KTMT dövlət başçıları Bişkek şəhərində keçirilmiş qeyri-rəsmi görüşdə yekdiliklə Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin edilməsinə razılıq veriblər”, – deyə KTMT baş katibi vəzifəsini icra edən Valeri Semerikov bildirib. O, əlavə edib ki, KTMT-nin yeni baş katibi mayın 2-dən vəzifəsini icra edəcək.

General-polkovnik Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir. O, hərbi xidmətə 1974-сü ildə başalayıb. 1987-ci ildən 1989-cu ilə kimi Əfqanıstanda xidmət edib. 1992-сi ildən o, Ermənistana gəlib və Dağlıq Qarabağda dinс azərbayсanlı əhaliyə divan tutulmasında, Azərbayсan torpaqlarının işğalında fəal iştirak edib.