Erkən doğulan uşaqlarda bir sıra problemlər müşahidə oluna bilər – Pediatr

Xəbər - Humay Ağacanova – Trend:

Erkən doğulan uşaqlarda bir sıra problemlər müşahidə oluna bilər.

Trend xəbər verir ki bunu, Səhiyyə nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov nazirliyin “İnstagram” səhifəsində “Vaxtından əvvəl doğulmuş uşaqlarda görülən sağlamlıq problemləri” mövzusunda canlı yayımda qonaq olarkən deyib.

O qeyd edib ki, erkən doğulanlar arasında ən sıx rastlanan tənəffüslə bağlı problemdir:

“Çünki 37 həftədən tez dünyaya gələn uşaqlarda ağciyər problemi olur. Bundan əlavə ürəklə, gözlə əlaqəli ciddi problemlər müşahidə oluna bilər. Erkən dünyaya gələn uşaqlarda immunitet zəif olduğu üçün infeksiyaya daha çox meyilli olurlar.


Onlar həmçinin bədən istiliklərini təmin edə bilmədikləri üçün istiliyin aşağı düşməsi halı ilə üzşləşilir.

Həmçinin yeni doğulan uşaqlarda damarlar yumşaq olduğundan beyin daxili qanama baş verə bilər. Buna görə həmin uşaqlara sakit mühit lazımdır. Bağırsaqla bağlı da ciddi problemlər ola bilər. Bağırsaqların selikli qişası və özü zədələnə, hətta deşilməyə qədər gedib çıxa bilər. Bunlara baxmayaraq, doğru yanaşma ilə bir çox problemlərin öhdəsindən gələ bilirik”

Teqlər: