Yəqin çox az adam tapılar ki, yay fəslinin ən dadlı meyvələrindən biri olan ərikdən imtina etsin.
Bu meyvənin faydasını bilənlər isə əriyi süfrələrindən əskik etməzlər. Gündə 3-4 ərik yeməklə bu zəngin tərkibli meyvədən orqanizm üçün lazım olan vitamin və mikroelementləri almaq olar.
Bəs əriyin faydaları hansılardır?
Ərik orqanizmin ümumi tonusunu stimullaşdırır, bədənə qüvvət verir.
Sinir sisteminə müsbət təsir göstərən ərik əsəbləri sakitləşdirir.
Ürək-damar sistemi üçün ərik olduqca faydalıdır.
İmmun sistemini gücləndirmək üçün ərik ən yaxşı vasitələrdən biridir.
Bu meyvə həmçinin qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
Qəbizlik problemi olanlara ərik yemək məsləhət görülür.
Mədə xəstəlikləri zamanı və maddələr mübadiləsi pozularkən ərikdən istifadə xeyirlidir.
Tərkibində karotin olmaqla ərik sidik kisəsinin, mədənin, qida borusunun, ağciyərlərin xərçəng xəstəliyinə tutulmaq riskini azaldır.
Ərik yaddaşı gücləndirir, zehni fəaliyyətə müsbət təsir göstərir.
Ərik şirəsi öz zəngin tərkibinə görə uşaqlar və hamilə qadınlar üçün də faydalıdır. Gündəlik 150-200 qram ərik şirəsi içməklə orqanizmin sutkalıq karotinə olan tələbatını ödəmək olar.
Ərik şirəsi mədə turşuluğunu normallaşdırır.
Bu meyvənin şirəsi həmçinin sidikqovucudur.
Yüksək qan təzyiqindən şikayətlənənlər üçün ərik ən yaxşı təbii vasitədir.
Dərinizin sağlam olmasını istəyirsinizsə ərikdən daha çox istifadə edin.
Şəkərli diabet xəstələri üçün ərikdən istifadə məhdudlaşdırılmalıdır.