

Ərinə balta ilə ağır xəsarət yetirməkdə ittiham olunan 3 uşaq anası Lalə İmaşova azadlığa buraxılıb.
AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ilə Lalə İmaşova azyaşlı uşağı olmasına görə həbsdən azad olunub. Onun qalan həbs müddəti şərti cəza ilə əvəz olunub.
Xatırladaq ki, məhkəmənin hökmü ilə Lalə İmaşova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.