Erik Adams Nyu-York meri seçkilərində qalib gəldiyini elan edib

Nyu-York şəhərinin keçmiş polis kapitanı və Brooklyn inzibati ərazi vahidinin prezidenti Erik Adams Nyu-York şəhərinin mer seçkilərində qalib gəldiyini elan edib.

Trend xəbər verir ki, son nəticələrə görə, Adams seçkidə 65 faizdən çox, Respublikaçı namizəd Kertis Sliva isə 30 faizdən az səs toplayıb.

Sliva öz nəvbəsində yeni merə postunda dəstək olacağını bildirib.


Demokrat olan Adams, 1990-cı il yanvarın 1-dən 1993-cü il dekabrın 31-dək bu vəzifəni tutan Devid Dinkinsdən sonra Nyu-York şəhərinin tarixində ikinci afro-amerikalı mer olacaq.

Şəhərin keçmiş meri Bill de Blasio vəzifəsini 2014-cü ildən tuturdu və onun ikinci səlahiyyət müddəti bu ilin sonunda başa çatacaq.