İsveçin “Ericsson” telekommunikasiya şirkəti Rusiyadakı
fəaliyyətini tam dayandırır.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında
deyilir.
Qeyd olunur ki, “Ericsson” fevral ayında Rusiyaya məhsul
tədarükünü dayandırmışdı. İndi isə rusiyalı müştərilərlə bağlı
fəaliyyət qeyri-müəyyən müddətə tam dayandırılır.
Eyni zamanda şirkət rusiyalı əməkdaşlarını ödənişli məzuniyyətə
göndərəcəyini bildirib.
Qeyd edək ki, “Ericsson” şirkəti müştərilərə rabitə şəbəkələri
üçün texnologiyalar, rəqəmsal xidmətlər, texniki dəstək xidmətləri
təqdim edir.