Səudiyyə Ərəbistanının ordusu və hava hücumundan müdafiə sistemləri “Ənsar Allah” hərəkatı (husilər) ilə toqquşmalardan sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, müvafiq əmr bir müddət əvvəl üsyançıların Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək cəhdindən sonra krallığın silahlı qüvvələrinin bütün bölmələrinə verilib.
Bunun digər səbəbi isə Yəmənlə sərhəddə yerləşən Cizan əyalətinin cənubunda üsyançılarla toqquşmalar nəticəsində 4 Səudiyyə əsgərinin həlak olmasıdır.