Səudiyyə Ərəbistanı İsrailin Hizbullaha qarşı əməliyyatının başlamasından sonra kritik vəziyyətdə qalan Livan sakinlərinə tibbi və humanitar yardım göstərmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, krallıq Livandakı vəziyyəti böyük narahatlıqla izləyir və respublikanın suverenliyi, ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.