Bəhreynin paytaxtı Manamada keçirilən sammitdə iştirak edən ərəb liderləri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Al Hadath” telekanalının məlumatında deyilir.
Məlumata görə, ərəb ölkələri iki dövlətin yaradılması ilə bağlı müsbət qərar qəbul edilənə qədər Fələstində sülhü qorumaq üçün beynəlxalq qüvvələrin yerləşdirilməsinin zəruri olduğunu qeyd ediblər.