Ərəb ölkələri dörd yeni regionun Rusiyaya daxil olmasını qiymətləndirərək balanslaşdırılmış mövqe nümayiş etdirəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiyada Ərəb Araşdırmalar Mərkəzinin direktoru, “Siyasi perspektivlər” jurnalının baş redaktoru Hani Süleyman deyib.
“Düşünürəm ki, ərəb ölkələri təmkinli olacaq və həm ABŞ, həm də Rusiya ilə münasibətlərdə balansı saxlamağa çalışacaqlar. Onlar əlbəttə ki, bu addımı tənqid və ya rədd etməyəcəklər, amma təxribat törətməmək üçün müsbət reaksiya da gözləmək lazım deyil”, – o bildirib.
Onun fikrincə, ərəb ölkələri tərəfindən bu ərazilərin Rusiyaya ilhaqının tanınması zaman amilindən və siyasi vəziyyətdən asılıdır.