Ərəb ölkələri Qəzza ilə bağlı birgə bəyanat yayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin yaydığı məlumatda bildirilib.
Bəhreyn, Misir, İordaniya, Küveyt, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, özünümüdafiə hüququ qanunu pozmağa və fələstinlilərin hüquqlarına məhəl qoymamağa haqq qazandırmır.
Bundan başqa, onlar Qəzza zolağında vətəndaşların kollektiv cəzalandırılmasını pisləyiblər.
Nazirlər BMT Təhlükəsizlik Şurasından tərəfləri atəşi dərhal dayandırmağa məcbur etməyi tələb ediblər.