Ərəb ölkələri ilə əlaqələrə xüsusi önəm veririk – Əliyev

Ərəb ölkələri ilə əlaqələrə xüsusi önəm veririk – Əliyev

Azərbaycan Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşündə bildirib.

Dövlət başçısı İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən Prezident İlham Əliyev sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səylərini əsirgəmədiyini, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib, bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd edib. Dövlət başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş Sammitində iştirakını məmnunluqla xatırladıb, Azərbaycanın Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib.

Teqlər: