Ərəb NATO-su deyə bir şey yoxdur və sammitdə belə bir şey müzakirə olunmayıb.
AzerTimes xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Ciddə sammitində çıxışı zamanı deyib.
“Körfəz ölkələri ilə İsrail arasında antiiran müdafiə ittifaqının yaradılması məsələsi gündəmə gəlmədi”, – Fərhan bildirib.
Fərhan Səudiyyə Ərəbistanının hava məkanını İsrailə açmaq qərarı ilə bağlı isə bunları qeyd edib:
“Bu, İsraillə diplomatik əlaqələrin qurulduğu və ya başqa bir addımın atıldığı anlamına gəlmir” deyə cavab verib.