Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya neft
obyektlərinə husilər tərəfindən hücumları dayandırmaq məqsədiylə
şənbə günü hərbi əməliyyata başladlığını bildirib.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, koalisiyanın
bəyanatında əməliyyatın məqsədinin həm də qlobal enerji mənbələrini
və təminat zəncirlərini qorumaqdan ibarət olduğu vurğulanır.
“Əməliyyat ilkin mərhələdədir və husiləri davranışlarının hansı
nəticələrə gətirib çıxardığını hiss etməlidirlər. Koalisiya yalnız
təhlükə mənbələrinə qarşı birbaşa mübarizə aparacaq və mülki
şəxslərdən neft qurğularına və ya Yəmənin Qırmızı dənizin sahilində
yerləşən liman şəhəri Hudeydada qurğulara yaxınlaşmamağı xahiş
edirik”, – bəyanatda qeyd olunur.