Ərəb Fondu Yəmənə 1 milyard ayırdı

Ərəb Fondu Yəmənə 1 milyard ayırdı

Ərəb Valyuta Fondu Yəmənə iqtisadi, maliyyə və valyuta islahatlarının aparılması üçün 1 milyard dollar vəsait ayırıb.

AzerTimes xəbər verir ki, bununla bağlı fond və Yəmən hökuməti arasında müvafiq saziş imzalanıb.

İslahat proqramı 2022-2025-ci illər üçün nəzərdə tutulub və maliyyə sisteminin gücləndirilməsinə, dövlət institutlarının bərpasına, sənaye bazasının şaxələndirilməsinə, inklüziv iqtisadi artımın, dayanıqlı inkişafın təşviqinə və yeni iş yerlərinin yaradılmasına yönəlib.

Teqlər: