Ərəb Dövlətləri Liqasının qarşıdan gələn sammiti 2022-ci ilin
son rübündə Əlcəzairdə keçiriləcək.
AzerTimes-ın “Algeria Press Service”ə istinadən verdiyi görə, bunu
Əlcəzairin prezidenti Əbdülməcid Tebbun deyib.
O, Ərəb Dövlətləri Liqasının növbəti sammitinin təşkili ilə
bağlı ərəb liderləri arasında hər hansı fikir ayrılığının olduğunu
təkzib edib.
“Heç bir fikir ayrılığı yoxdur. Əksinə, biz yalnız bu sammitin
Əlcəzairdə keçirilməsi üzrə Körfəz ölkələri, Misir, Tunis və Yəmən
liderlərinin razılığını aldıq. Biz daha çox ölkələri mümkün qədər
birləşdirməyə çalışırıq”, – deyə Ə.Tebbun bildirib.
Qeyd edək ki, sonuncu dəfə Əlcəzair Ərəb Dövlətləri Liqasının
sammitinə 2005-ci ildə ev sahibliyi edib.