Məqsədimiz qarşılıqlı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır.
AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkiyə ilə dinamik inkişaf edən ticarət-iqtisadi və investisiya əməkdaşlığı dəyərləndirərkən deyib.
O qeyd edib ki, Türkiyə Qazaxıstanda ilk 10 ən böyük investor arasındadır.
Ərdoğan və Tokayevin görüşünün yekunu olaraq birgə bəyanat qəbul edilib və 6 sənəd imzalanıb.
Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 1-ci dərəcəli “Dostluq” ordeni ilə təltif edib.