Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla misirli həmkarı Əbdülfəttah əs-Sisi arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.
Liderlər Qəzza zolağındakı vəziyyəti gündəmə gətiriblər.
Ərdoğan İsrailin Qəzzada günahsız dinc sakinlərə qarşı zorakılığın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasının vacibliyini qeyd edib.