Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin planlaşdırılan görüşü zamanı müzakirə ediləcək mövzular açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
“Gündəlikdə duran ilk məsələ çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Eyni zamanda, Ukrayna diqqət mərkəzində olacaq. Bundan başqa bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi taxıl sazişi məsələsidir və təbii ki, dünyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”, – Peskov qeyd edib.
Qeyd edək ki, Ərdoğan və Putin arasında bu gün baş tutan telefon danışığı zamanı Rusiya liderinin Türkiyəyə səfər etməsi razılaşdırılıb.