Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti
Vladimir Putin arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Türkiyənin Ukrayna böhranının həlli
üçün diplomatiyası davam edir. Bu çərçivədə xarici işlər naziri
Mövlud Çavuşoğlu Rusiya və Ukraynaya səfər edib. Nazir Çavuşoğlu
Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə
görüşdüyünü açıqlayıb.