Ərdoğanla Paşinyanın ilk təmasına ABŞ-dan reaksiya

Ərdoğanla Paşinyanın ilk təmasına ABŞ-dan reaksiya

ABŞ Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, Türkiyə-Ermənistan dialoqu regionda stabilliyin yüksəlməsinə töhfə verir, həmçinin böyük iqtisadi inkişafa da səbəb ola bilər və bu, hər tərəfin xeyrinədir:

“Bu, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda vacibdir. ABŞ hər iki tərəfin maraqlarına uyğun olan dialoqu dəstəkləməyə hazırdır”.

Qeyd edək ki, ötən gün Türkiyə lideri Ərdoğanla Ermənistan Baş naziri Paşinyan arasında ilk dəfə telefon danışığı baş tutub.

Teqlər: