Prezident seçkilərinin ikinci turunun keçirilməsinə 3 gün qalmış mübarizə aparacaq namizədlər – Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun reytinqi açıqlanıb.
AzerTimes xəbər verir ki, “Konda”nın keçirdiyi son sorğunun nəticələrinə görə, Ərdoğanı seçənlərin sayı 52,7%-ə qalxıb.
Kılıçdaroğluna səs verəcəyini bildirənlər isə 47,3% təşkil edib.
Buna baxmayaraq, “Konda” seçki öncəsi bəzi seçicilərin rəyinin dəyişəcəyini də istisna etməyib.