Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın İsveç dövlət televiziyasının (SVT) müxbirinin təxribatçı suallarına görə müsahibəni yarımçıq dayandırıb.
AzerTimes xəbər verir ki, müxbirin “Türkiyənin mafiya cənnəti” olub-olmaması ilə bağlı sualına Kalın kəskin reaksiya verib.
“Türkiyənin bu, və ya digər formada bu kimi insanlara cənnət təmin etdiyinə eyham vurursunuzsa, onları qorduğunu nəzərdə tutursunuzsa, yanılırsınız, bu iddialar tamamən yersiz və əsassızdır. Eyni məsələ kokain və narkotik qaçaqmalçılığına da aiddir. Burada həqiqət yoxdur. Haradadır? Bütün ölkəni qorxunc şeydə ittiham etdiniz. Suallarınız gülüncdür. Bu, PKK və FETÖ danışığıdır. Bu kimi hərəkətlərlə gözümüzü qorxuda bilməzsiniz”, – deyə Kalın jurnalistə sərt cavab verərək müsahibəni dayandırmağı xahiş edib.
#Turkey has become a safe haven for mafia figures & drug traffickers including several criminals from #Sweden
When this was raised by a reporter Diamant Salihu from Sweden public TV @svtnyheter, President #Erdogan‘s spox Ibrahim Kalin got angry, abruptly halted the interview. pic.twitter.com/yLmYL2mS95
— Abdullah Bozkurt (@abdbozkurt) November 30, 2022