Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi regionun sabitliyinə və rifahına töhfə verir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla telefon danışığı zamanı deyib.

Söhbət zamanı Türkiyənin Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu qətiyyətlə davam etdirdiyi vurğulanıb.

Eyni zamanda, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı son vəziyyət müzakirə edilib.

Teqlər: