Ərdoğanın sərt mövqeyinə Miçotakisin cavabı

Ərdoğanın sərt mövqeyinə Miçotakisin cavabı

Türkiyə ilə əlaqə kanallarını açıq saxlamaq istəyirik.

AzerTimes xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis Şərqi Aralıq dənizi bölgəsində Türkiyə ilə yaşanan gərginliklə bağlı danışarkən deyib.

“Biz əlaqə kanallarını açıq saxlamaqla daha sakit sulara sürətlə geri dönəcəyimizə inanıram. Bu, mənim fikrimdir və kanallar ən çətin anlarda belə heç vaxt bağlanmamalıdır”, – Mitçotakis bildirib.

Qeyd edək ki, bundan öncə Ərdoğan dürüst siyasətçi meydana çıxana qədər Yunanıstanla heç bir danışıqlar aparmayacağını, Strateji Əməkdaşlıq Şurası iclasının da keçirilməyəcəyini açıqlayıb.

Teqlər: