Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Akkuyu” AES-ə nüvə yanacağının verilməsi mərasiminə videobağlantı vasitəsilə qoşulması yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə saat 17:00) təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisindən məlumat verilib.
Bununla yanaşı, Kremlin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mərasimdən əvvəl – saat 15:00-da (Bakı vaxtı ilə 16:00-da) telefonla danışacaqlar.
Qeyd edək ki, mərasimin 13:30-da başlaması planlaşdırılırdı.