Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
AzerTimes xəbər verir ki, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.
Z.Sırakaya YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.
Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.