Türkiyənin Ali Seçki Qurumunun (YSK) sədri Əhməd Yenər mayın 28-də Prezident seçilən Rəcəb Tayyib Ərdoğanın mandat sənədini TBMM sədri Mustafa Şəntopa təqdim edib.
AzerTimes xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
M. Şəntop sənədin andiçmə mərasiminə qədər prezidentə təqdim ediləcəyini bildirib.