Türkiyə Prezidentinin köməkçisi Cövdət Yılmaz oktyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Yılmaz X hesabında paylaşım edib.
“Mən Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə xoş səfərə görə təşəkkür etmək istəyirəm”, – paylaşımda bildirilib.