Ərdoğanın İordaniyaya səfəri təxirə salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İordaniyaya aprelin
11-nə planlaşdırılmış səfəri təxirə salınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezident
Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsindən
bildirilib.

Məlumata əsasən, səfərin təxirə salınmasına səbəb İordaniya
Kralı II Abdullahın təcili əməliyyatı olub.