Ərdoğanın Ermənistana iki tələbi var – Safrastyan

Ərdoğanın Ermənistana iki tələbi var – Safrastyan

Ərdoğanın yaxın keçmişdə çox açıq şəkildə ifadə etdiyi yanaşmalardan vaz keçəcəyini düşünmürəm. O deyib: Ermənistan Azərbaycanın təqdim etdiyi maksimalist tələblər əsasında Azərbaycanla müqavilə imzalamalıdır, ikincisi, Ermənistan Zəngəzur dəhlizini təmin etməlidir. Bunlar ilkin şərtlər deyil, tələblərdir.

AzerTimes xəbər verir ki, bu sözləri erməni türkoloq Ruben Safrastyan bir müddət öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı və Türkiyə-Ermənistan münasibətlərinin 3 ildir irəliləməməsinin səbəbləri haqda danışarkən deyib.

O bildirib ki, rəsmi İrəvan bu tələbləri yerinə yetirməyənə qədər danışıqlarda heç bir dəyişiklik olmayacaq:

“Çünki dəhliz Türkiyə üçün daha vacibdir, o, bir neçə mühüm problemi həll edir. Bu dəhliz vasitəsilə Türkiyə Azərbaycanla maneəsiz əlaqə yaratmaq imkanı əldə edir. Dəhliz Türkiyənin pantürkist planlarını həyata keçirməsi üçün də vacibdir. Bu yol Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Orta Asiyanın türkdilli ölkələri ilə əlaqə yaratmağa imkan verir. Onu da qeyd edim ki, dəhliz yeni deyil, Zəngəzur 1918-ci ildə Batumi müqaviləsində də qeyd olunur. Orada Türkiyənin nəzarətinə keçəcəyi bildirilir. Deməli, bu, Türkiyənin yüz illik planıdır”.

Teqlər: