Bu, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın tam qələbəsidir, çünki onun bütün tələbləri həm İsveç, həm Finlandiya dövlətləri tərəfindən yerinə yetirilib.
AzerTimes xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında IMEMO RAS-ın baş elmi işçisi, Qara dəniz-Xəzər bölgəsinin Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Raevski deyib.
“Ərdoğan öz hərəkətləri ilə aşkar, qeyd-şərtsiz qələbə qazandı. Tam qələbə. Birincisi, PKK-nın bu ölkələrdə qadağan olunmasını təmin etdi, bu, onun üçün son dərəcə vacibdir. İkincisi, cinayətdə şübhəli bilinənlərin ekstradisiyası və s. Türkiyə, ümumiyyətlə, bu partiyanın bütün üzvlərindən şübhələnir”, – Nadein-Raevski bildirib.
Qeyd edək ki, İsveç və Finlandiya Ankaranı narahat edən bütün məsələləri nəzərə alan memorandum imzalayıb. Türkiyə də öz növbəsində İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etirazını geri götürüb.