Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın 5 milyon 390 min türk lirəsi (259 min dollar) borcu var.
AzerTimes xəbər verir ki, bu barədə “Rəsmi qəzet”də dərc olunan bəyanatda deyilir
“Hazırda Türkiyə liderinin hesablarında 1,8 milyon lirədən (86 min dollardan çox) çox vəsait var”, – bəyanatda deyilir.
Qeyd edək ki, 5 milyon lirə məbləğin kreditoru Mustafa Ərdoğan adlı şəxs göstərilir. Sənəddə onun kim olduğu qeyd olunmur. Türkiyənin “Diken” nəşri isə Mustafa Ərdoğanın Türkiyə Prezidentinin qardaşı olduğunu yazır.
Rəcəb Tayyib Ərdoğanın ailəsi İstanbulun Asiya hissəsindəki Üsküdar rayonunda 7 milyon 695 min türk lirəsi (382,9 min dollar) dəyərində ev və Qara dənizin Rize vilayətinin Dumankaya kəndində 2 min kvadratmetr torpaq sahəsinə malikdir. Bu ərazi 10 min lirə (480 dollar) olaraq qiymətləndirilir.
Bəyannaməyə görə, Ərdoğanın şəxsi avtomobili yoxdur. Onun üç türk bankındakı hesabları yalnız lirə ilə saxlanılır.