Ərdoğanın bu məktubu yunanları təəccübləndirdi

Ərdoğanın bu məktubu yunanları təəccübləndirdi

Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın müstəqillik günü ilə əlaqədar Baş nazir Kiriakos Miçotakisə göndərdiyi təbrik məktubu Afinanı həm təəccübləndirdi, həm də mətbuatın gündəminə “bənzərsiz hadisə” kimi düşdü.

AzerTimes xəbər verir ki, bu haqda Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.

Məlumatda Afinada Ərdoğan və Çavuşoğlunun məktublarının 6 fevral zəlzələlərindən sonra iki ölkə arasındakı münasibətlərin dəyişməsinin konkret örnəyi kimi dəyərləndirildiyi qeyd olunub:

“Co Bayden də daxil, bir çox ölkənin rəhbərindən təbrik mesajlarının gəlməsinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın və Mövlud Çavuşoğlunun məktubu daha çox diqqəti cəlb edib. Yunan mediası məktubu “Ərdoğandan səmimi məktub”, “Böyük sürpriz” kimi təqdim edib. Türkiyə Prezidenti məktubunda Yunanıstan hökumətinə və xalqına zəlzələ yardımına görə təşəkkür edib, birgə fəaliyyətlə iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına inandığını bildirib. Mövlud Çavuşoğlu isə məktubunda öz həmkarına “sevgili Nikos” deyə xitab edib və ölkələr arasında mehriban qonşuluq əlaqələrinin qarşıdakı dövrdə də davam edəcəyinə inandığını bildirib. Çavuşoğlu əlaqələrin hazırki müsbət gedişatına daha çox töhfə verməyə hazır olduqlarını bildirib”.

Teqlər: