Ərdoğanın bu gün Zəngilanda olması xüsusi məna daşıyır

Ərdoğanın bu gün Zəngilanda olması xüsusi məna daşıyır

Belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

AzerTimes-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

“Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmlidir. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi. Məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi”, – dövlət başçısı əlavə edib.

Teqlər: