Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə təkbətək görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli əlaqələr müzakirə olunub. Mərasim və görüşlərdən sonra prezident Ərdoğana Dövlət Ordeni təqdim olunub.
Görüş zamanı Türkiyə ilə BƏƏ arasında 13 müqavilə imzalanıb. Sazişlər əsasən, investisiya və müdafiə sənayesini əhatə edib.