Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin keçmiş sədri Dəniz Baykalın dəfn mərasiminə qatılıb.
AzerTimes xəbər verir ki, Ərdoğanın mərasimə qatılarkən İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və CHP lideri Kamal Kılıçdaroğlunun əlini sıxmadan keçdikdən sonra Məmləkət Partiyasının lideri Məhərrəm İncə ilə salamlaşması gündəm olub.
Türkiyə prezidentinin bu addımı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, D.Baykal fevralın 11-i Ankarada evində dünyasını dəyişib.